Bütün Xüsusiyyətlər

eticksystem platformasının tam imkanları ilə tanış olun

0% Komissiya, Fiks Ödəniş

Eticksystem ilə bilet satışından heç bir komissiya tutulmur. Yalnız bilet sayına uyğun sərfəli fiks məbləğ ödəyərək büdcənizə qənaət edin və qazancınızın hamısı sizə qalsın.

İnteraktiv Oturacaq Xəritəsi və Bilet Dizaynı

Tədbirinizin vizual kimliyini özünüz yaradın! Məkanın oturacaq planını sistem üzərindən asanlıqla hazırlayın və biletlərinizi markanızın zövqünə uyğun dizayn edin.

Təhlükəsiz Ödənişlər və Asan Refund

Həm nağd, həm də bank kartı ilə güvənli ödənişlər qəbul edin. Bütün tranzaksiyalar qorunan platformalar vasitəsilə həyata keçirilir. Avtomatlaşdırılmış refund funksiyası ilə müştərilərinizin ödənişlərini sürətlə geri qaytarın.

Xüsusi Skanner App ilə Sürətli Qapı Nəzarəti

Tədbir günü uzun növbələri unudun. Eticksystem-in xüsusi mobil tətbiqi ilə biletlərin QR kodlarını saniyələr içində skan edib yoxlayın. Komanda idarəetməsi ilə eyni anda bir neçə profilə bilet yoxlama icazəsi verin.

Anlıq Real-Time Analitika

Bilet satışları, gəlirlər və ziyarətçi aktivliyi haqqında real-time statistikalara vahid paneldən nəzarət edin. Dəqiq datalar əsasında anında analizlər aparın və marketinq gedişlərinizi optimallaşdırın.

Push Bildirişlərlə Davamlı Əlaqə

Müştərilərinizi hər an məlumatlı saxlayın. Push notification-lar göndərərək tədbir xatırlatmaları, mühüm yeniliklər və xüsusi kampaniyalarınızı birbaşa iştirakçıların ekranına çatdırın.

Qazancınızı paylaşmağa son verin!

Tədbirinizi elə indi yaradın və heç bir komissiya ödəmədən ilk 10 biletinizi pulsuz satın.

Bütün Xüsusiyyətlər