Məxfilik Siyasəti
Son yenilənmə tarixi: 04.04.2026
Eticksystem (bundan sonra — "Biz", "Platforma") olaraq, istifadəçilərimizin şəxsi məlumatlarının qorunmasına və məxfiliyinə böyük önəm veririk. Bu sənəd, eticksystem.com saytından istifadə zamanı hansı məlumatların toplandığını, onların emalını və təhlükəsizlik qaydalarını izah edir.
1. Toplanılan Məlumatlar
Platformadan istifadə zamanı aşağıdakı məlumatlar toplana bilər:
- Fərdi Məlumatlar: Ad, soyad, e-poçt ünvanı, əlaqə nömrəsi.
- Təşkilatçı Məlumatları: Tədbir detalları, bank rekvizitləri (yalnız hesablaşmalar üçün).
- Texniki Məlumatlar: IP ünvanı, brauzer növü, cihaz məlumatları, əməliyyat sistemi və kuki (cookie) faylları.
- İstifadə Davranışları: Sayt daxilindəki hərəkətlər, kliklənən bölmələr və sessiya müddəti.
- Digər Məlumatlar: Xidmət keyfiyyətini artırmaq, platformanı fərdiləşdirmək və təhlükəsizliyi təmin etmək məqsədilə sistem tərəfindən avtomatik qeydə alınan loqlar, yerləşmə məlumatları (istifadəçi icazəsi ilə) və gələcəkdə əlavə olunacaq funksiyaların icrası üçün zəruri olan və s. digər məlumatlar toplana bilər.
2. Məlumatların Emalı Məqsədləri
Toplanılan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə olunur:
- İstifadəçi hesabının yaradılması və autentifikasiyası.
- Biletlərin emalı, satışı və elektron formatda çatdırılması.
- Tədbir təşkilatçılarına real-time analitika və hesabatların təqdim edilməsi.
- "Push" bildirişlər və e-poçt vasitəsilə tədbir yeniliklərinin çatdırılması.
- Sistemin təhlükəsizliyinin monitorinqi və fırıldaqçılığın qarşısının alınması.
- 7/24 texniki dəstək xidmətinin təmin edilməsi.
3. Ödəniş Təhlükəsizliyi
Eticksystem, istifadəçilərin tam kart məlumatlarını (kart nömrəsi, CVV və s.) öz serverlərində saxlamır. Bütün onlayn ödənişlər PCI DSS standartlarına uyğun, xüsusi lisenziyalı və təhlükəsiz ödəniş şlüzləri vasitəsilə şifrələnmiş şəkildə həyata keçirilir.
4. Məlumatların Üçüncü Tərəflərlə Paylaşılması
Sizin şəxsi məlumatlarınız üçüncü tərəflərə satılmır. Lakin xidmətin icrası üçün məlumatlar aşağıdakı tərəflərlə paylaşıla bilər:
- Tədbir Təşkilatçıları: Bilet alıcılarının siyahısı yalnız həmin tədbirin təşkilatçısına (bilet yoxlanışı üçün) təqdim olunur.
- Hüquqi Tələblər: Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dövlət orqanlarının rəsmi sorğusu əsasında.
- Texniki Provayderlər: Server və SMS xidmətləri kimi infrastruktur tərəfdaşları (yalnız xidmətin göstərilməsi üçün zəruri olan həcmdə).
5. Kuki (Cookie) Siyasəti
Platformanın işini optimallaşdırmaq üçün kukilərdən istifadə olunur. Siz brauzer tənzimləmələrindən kukiləri rədd edə bilərsiniz, lakin bu halda saytın bəzi funksiyaları (məsələn, hesaba giriş) məhdudlaşa bilər.
6. Məlumata Giriş və Silinmə Hüququ
Hər bir istifadəçi öz şəxsi məlumatlarını yeniləmək, düzəliş etmək və ya sistemdən tamamilə silinməsini tələb etmək hüququna malikdir. Bunun üçün support@eticksystem.com ünvanına müraciət edə bilərsiniz.
7. Təhlükəsizlik Tədbirləri
Biz məlumatlarınızın itməməsi, icazəsiz istifadəsi və ya dəyişdirilməməsi üçün SSL şifrələmə və digər müasir kibertəhlükəsizlik üsullarından istifadə edirik. Lakin internet üzərindən ötürülən heç bir məlumatın 100% təhlükəsizliyinə zəmanət vermək mümkün deyil.
8. Dəyişikliklər
Eticksystem bu Məxfilik Siyasətini istənilən vaxt yeniləyə bilər. Dəyişikliklər saytda dərc edildiyi andan qüvvəyə minir.
9. Əlaqə
Məxfiliklə bağlı suallarınız üçün:
E-poçt: info@eticksystem.com
Veb-sayt: https://eticksystem.com
